"BAMF ötən dövr ərzində uğurlu bir yol keçərək, media və vətəndaş cəmiyyətinin inkişafında, həmçinin minatəmizləmə fəaliyyəti, maarifləndirmə və minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi kimi istiqamətlərdə mühüm töhfə göstərib".
Bu sözləri Azərbaycan Respublikasını Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə fondun 30 illiyi ilə bağlı ünvanladığı təbrik məktubunda deyib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.