R

Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında 10 ilə yaxındır işgüzar əməkdaşlıq münasibətləri mövcuddur. Hər iki qurum indiyə qədər Azərbaycanda jurnalistikanın inkişafı üçün birlikdə təlimlər və layihələr icra edib. 

Əl-Cəzirə Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında BAMF ilə sıx və müntəzəm işlər görüb. Bunun da nəticəsi kimi, BAMF-ın 30 illik yubiley tədbirində BAMF-ın prezidenti Umud Mirzəyev və Əl-Cəzirənin Media Şəbəkəsinin icraçı direktoru Mustafa Suaq arasında əməkdaşlıq memorandumu imzalanıb.