"Oxçu çay su hövzəsində oldum, bir çox ərazilərdə oldum, mina və partlayıcı qalıqlar səbəbindən çaylardan gələn çirkabın həmin mühitə, su ehtiyatlarına təsirini gördüm. Bu səbəbdən dəyərli dostumuz cənab Umud Mirzəyevlə birgə işi davam etdirmək istərdim".
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illik yubileyində çıxış edən Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) direktoru Nidal Səlim deyib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.