"BAMF BMT-də daxil bir çox nüfuzlu təşkilatlarda Azərbaycanın milli maraqlarını layiqincə qoruyub".
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illik yubileyində çıxış edən "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri Rəşad Məcid deyib.
O, çıxışında Umud Mirzəyevin ölkə mətbuatında gördüyü işlərdən, Mətbuat Şurası yarandığı gündən onun formalaşmasında rolundan danışıb.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.