R

"1992-ci ildə yaranan Beynəlxaq Avrasiya Mətbuat Fondu ötən on illər ərzində özünün davamlılıq qabiliyyəti ilə millətimizin həyatında həmin illər son dərəcə ağır problemlərdən çıxış yollarının tapılmasında həm daxildə, həm də beynəlxalq məkanda aktiv fəaliyyətini həyata keçirən və sonrakı dövr məhz elan etdiyi beş əsas prinsip üzrə fəaliyyətini uğurlu quran az saylı təşadlar sırasındadır".  

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc BAMF-ın 30 illik yubiley təbriki çıxışında deyib. O, Umud Mirzəyev timsalında BAMF-ın 30 ildə böyük işlər gördüyünü, Azırbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühim işlərə imza atdığını vurğulayıb. Qarabağa müxtəlif ölkələr jurnalistlərin səfərlərinin təşkil edilməsi, jurnalistikamızın inkişafı üçün xaricdən ölkəmizə təcrübəli mütəxəssislərin gətirilməsinin önəmindən danışıb.   

Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun  fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.  

BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.  

Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.