BAMF-ın 30 illik yubiley tədbirində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən cənab Quido Ambrosso Umud Mirzəyev başda olmaqla fondun işçilərini təbrik edib.
Cənab Quido BAMF-ın BMT ilə sıx əlaqələrindən danışıb. BMT-nin ECOSOC-un əsas Məşvərətçi üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun hazırda məcburi köçkün icması fəallarına və işçilərinə, o cümlədən səhiyyə və digər ictimai xidmət rəsmilərinə partlayıcı sursatlar, risklər haqqında maarifləndirmə üzrə xüsusi təlimlər verən və Azərbaycanda məcburi köçkün icmaları ilə məlumatlılığın artırılması sessiyaları və məlumatların yayılmasını təşkil etməyə imkan verən layihələri həyata keçirdiyini vurğulayıb.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.