R

“Bu məqalənin müəllifinin bizim region haqqında məlumatı nə dərəcədədir? Onlar bilirlərmi ki, 30 il ərzində erməni millətçiləri Azərbaycanın işğal olunmuş ərazilərində vandalizm hücumları həyata keçiriblər?”

Bu sözləri Ednews-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Özbəkistan mediasında Azərbaycana qarşı yazılan təxribat xarakterli yazıya münasibət bildirərkən deyib. 

“İşğal olunmuş ərazilərimizdə narkotik maddələrin istehsalı həyata keçirilir və bu torpaqlar həm də qaçaqmalçılıq tranziti kimi istifadə edilir. Niyə hər şeyi yazmırlar? Onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi beynəlxalq əhəmiyyətli sənədlərə istinad etmirlər. Vəzifəsindən istefa verən, vətəndaşlıqdan açıq şəkildə imtina edən, bununla da tərəflər arasında münaqişə yaradan Rusiya Federasiyasının vətəndaşı Ruben Vardanyanın hiylələrinə niyə susurlar?”

Onun sözlərinə görə, əgər Daryo.uz saytı Qarabağla bağlı araşdırma aparırsa tarixə nəzər salsın. Yazılarında Azərbaycan ərazisi olan şəhərin əsl adı Xankəndi əvəzinə Stepanakert adını çəkirlər. Vaxtilə məhz Stepan Şaumuyan öz xalqı ilə türk-müsəlman əhaliyə qarşı qanlı qırğın törədib.

“Yazının böyük təxribat məqsədilə 20 Yanvarda, özü də ölkəmizin qanlı günündə yayımlanmağı bizi çox məyus etdi. Azərbaycanla Özbəkistan hər zaman qardaş dövlətlər olub. Həmin saytda gedən məqalə doğru araşdırma aparmayıb. Ən azından Azərbaycanın mövqeyi işıqlandırılmayıb”. 

Qeyd edək ki, Özbəkistan mediasında Azərbaycana qarşı təxribat dolu məqalə yayımlanıb. Məqalədə qeyd olunur ki, guya Laçın-Şuşa yolunda baş tutan aksiyada eko fəallar deyil, guya dəhlizin bağlanmasını Azərbaycan tərəfi həyata keçirir. Eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilər ac, susuz və işıqsız qalıb. Məqalədə həmçinin qeyd edilir ki, Azərbaycanın davam edən təxribatları göstərir ki, bu hadisə onun bəynəlxalq arenada  nüfuzunun aşağı düşməsinə səbəb yaradacaq. G20-nin üzvləri Dağlıq Qarabağda yaşayan ermənilərin qeyri-insani blokadasına son qoymaq üçün Azərbaycana açıq təzyiq göstərməlidirlər.