R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Qətərin Doha şəhərində səfərdədir.

O, Qətərin Milli İnsan Hüquqları Komitəsi, BMT nin İnsan Hüquqları üzrə Ali Komisarlıgı, BMT-nin İnkişaf Proqramı , Ərəb Dövlətləri Liqası  və Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansının Dohada təşkil etdiyi "İqlim dəyişikliyi və insan hüquqları” konfransında iştirak edib.

Fondun rəhbəri bu barədə feysbuk profilində paylaşım edib. O, həmçinin paylaşımında konfransda BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstla görüşü barədə də məlumat verib. 

“2016-cı il sentyabrın 15-də BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst 2016-cı ildə Azərbaycanda olarkən BAMF-ın ofisini də ziyarət etmişdi. Bu gün Qətərdə öz işinə başlayan " İqlim dəyişikliyi və İnsan Huquqlari" konfransında da Mişel Forst BMT-nin xüsusi məruzəcusi kimi iştirak edir. Görüşdük və birlikdə onun Azərbaycana səfərini də xatırladıq. Ünsiyyət insanları biri birinə yaxınlaşdırır, dostlaşdırır. Dostlar arasında olmaqdan böyük xoşbəxtlik yoxdur. Xüsusilə də sənin dostluğunun xalqın, millətin üçün faydası olsun”.

Qeyd edək ki, Dohada baş tutan konfransda dünyanın müxtəlif ölkələrindən 250- dən çox dövlət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir.

 

1
 
1
 
1
 
1
 
1