R

9-12 may tarixlərində minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri başlayıb. 

Səfərin məqsədi ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, “Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərmək, eləcə də Beynəlxalq Analar Günü münasibətilə azərbaycanlı analarla birlikdə mina problemi ilə bağlı dünya qadınlarına qlobal müraciət etməkdir. 

Həmçinin, səfərin başlıca məqsədlərindən biri də cari ilin may ayının sonlarında keçirilməsi nəzərdə tutulan 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında müzakirə olunacaq qlobal humanitar minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təşviq edilməsi və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərməkdən ibarətdir. 

Səfər zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmilərinin müşayiəti edir.

Füzuli rayounun Aşağı Əbdürrahmanlı kəndində müharibənin təsirinə məruz qalmış rayonlarda yaşayan analarla keçirilən görüşdə xanım Heidi Kühn dünya qadınlarına səslənərək, hər il dünya üzrə on minlərlə insanın mina və müharibənin mənfi təsirlərindən əziyyət çəkdiyini, fəlakətli partlayışların qurbanına çevrildiyini, eləcə də hər mina partalayışından sonra bir ailənin və bir ananın həyatının, xoşbəxtliyinin və gələcəyə ümidlərinin məhv olduğunu bildirib. 

“Bu gün burada, Beynəlxalq Analar günündə Qarabağda, Füzuli rayonunda, Aşağı Əbdürrahmanlı kəndində Azərbaycanlı analar ilə birlikdə dünya qadınlarına səslənirik. Bəşəri mina probleminin təkcə Azərbaycanın deyil, o cümlədən digər ölkələrin də dərdi olduğunu və bu problemə səssiz qalmağın daha çox canımızı ağrıdacağını dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik. Biz sülh istəyirik! Biz uşaqlarımızın, oğullarımızın, qızlarımızın və gələcəyimizin sağlam olmasını istəyirik! Sağlam gələcək üçün minasız həyat və sülh! Bizim ali niyyətimiz sülhdür. Ümid edirik ki, dünyanın sülhsevər qadınları səsimizə səs verəcək və qadınların həmrəyliyi ilə Azərbaycanda, eləcə də yer üzündə sonuncu mina məhv ediləcək, yer üzü təhlükəsiz, başdan-başa sülhün bərqərar olduğu gülüstana çevriləcək!” deyə xanım Heidi Kühn müraciətində vurğulayıb.

Səfər edən xanım Heidi Kühn Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində düşmən tərəfindən törədilən dağıntılar, bu ərazilərdə aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün icra edilən yenidənqurma və infrastruktur layihələri ilə tanış olub. Minalardan təmizlənmiş ərazidə “Sülhün əkilməsi” kompaniyası çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1