R

Mayın 12-də “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün mina təhlükəsinə həsr etdiyi, BAMF tərəfindən Azərbaycan dilinə təcümə edilən və çap edilən “Canlanan Torpaq” (Breaking Ground) kitabının təqdimat mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbinin (BANM) inzibati binasında baş tutan tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev, “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, eləcə də ANAMA yanında İctimai Şura üzvləri və BANM-in tələbələri iştirak edib.

“Canlanan Torpaq” kitabı mina və müharibənin təsirinə məruz qalmış ölkələrdə törədilən mina terroru, mina və partlayıcı sursatların yaşatdığı dəhşəti, xanımın öz gözləri ilə şahidi olduğu mənzərəni təcəssüm etdirir.

Kitabda, həmçinin, "Sülhün Kökləri" təşkilatının təsis edilməsindən sonrakı illərdə onun kənd təsərrüfatı layihələri ilə minalara qarşı mübarizədə, dağıdılmış torpaqların canlandırılmasında və bu prosesdə saysız-hesabsız insanların həyatına müsbət təsir etməklə nail olduğu uğurlar öz əksini tapıb.

 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1