R

Bildirilib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi, ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ-ın Ayova ştatında “Norman Borloq Beynəlxalq Ərzaq Təhlükəsizliyi üzrə Dialoq” tədbirində iştirak edib.

Tədbir çərçivəsində ərzaq təhlükəsizliyinin bir hissəsi kimi təsərrüfata yararlı torpaqların becərilməsi üçün ərazilərin minalardan təmizlənməsinin əhəmiyyəti vurğulanıb, qabaqcıl təcrübələr təqdim edilib. Təqdimatlar çərçivəsində ANAMA tərəfindən partlayıcı sursat qalıqlarından hazırlanan əkin üçün bel təhlükəsizlik və sülhün nümunəsi kimi təntənəli şəkildə tədbir səhnəsinə gətirilərək, Sülhün Kökləri beynəlxalq humanitar təşkilatın rəhbəri Heidi Kühn tərəfindən iştirakçılara təqdim edilib. Bu təqdimat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, habelə dünyanın minalarla çirklənmiş ölkələrində təhlükəsiz həyat və inkişafın simvolu olaraq nümayiş etdirilib.

Həmçinin, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti dünyanın tanınmış beynəlxalq qurumlarının təmsilçiləri ilə görüşlər keçirib, ölkəmizin mina problemi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan qadın minaaxtaran və mina partlayışı nəticəsində xəsarət almış şəxs mərasim çərçivəsində keçirilmiş mətbuat konfransında öz hekayələrini bölüşüb.

Sözügedən tədbir çərçivəsində “Ümumdünya Ərzaq Mükafatı”nın "Sülhün Kökləri" təşkilatının təsisçisi Heidi Kühnə təltif etmə mərasiminin keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, Heidi Kühn 2023-cü ilin may ayında “Ümumdünya Ərzaq Mükafatı”na layiq görüldüyü zaman ANAMA və BAMF-ın dəvəti ilə Azərbaycanda səfərdə olub.

Qeyd edək ki, “Ümumdünya Ərzaq Mükafatı” 1970-ci ildə Nobel Mükafatını qazandıqdan sonra Norman Borloq tərəfindən təsis edilib.

396230914_10161264552583921_762095124890711254_n.jpg

396714507_6644876122228840_5444670983962659685_n.jpg

 

 

396230914_10161264552583921_762095124890711254_n.jpg

396714507_6644876122228840_5444670983962659685_n.jpg