R

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri Noemi Arcidiakono və Oljas Akanov Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisini ziyarət ediblər.

 BAMF prezidenti Umud Mirzəyev qonaqları qarşılayıb. O əvvəlcə təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə qonaqlara məlumat verib.

Görüş ərzində seçki haqqında fikir mübadiləsi aparılıb. Müşahidəçiləri maraqlandıran bir çox sualla bağlı müzakirələr edilib. 

U.Mirzəyev 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi missiyası, komandanın müşahidə aparacağı seçki dairələri, əraziləri, komandanın indiyənə kimi olan seçki ilə bağlı prosesi barəsində ətraflı məlumat verib. 

Görüşdə BAMF-ın Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyev və Umud Mirzəyevin köməkçisi Con Ayomide də müzakirələrdə iştirak ediblər.