R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri (BAMF) Umud Mirzəyevin İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, eyni zamanda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Huseyn Huseynov ilə görüşü baş tutub.

Görüşdə son illər Azərbaycanda DİM-lərin icrasına dair görülən işlərdən, BAMF-ın çoxillik fəaliyyətindən, mina təhlükəsizliyi mövzusunda beynəlxalq və yerli səviyyədə görüləcək işlərdən danışılıb. 

Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihənin əhəmiyyətindən və qarşıya qoyulan hədəfləri çatdırıb. Görüşdə həmçinin bu təşəbbüsün minaların yaratdığı humanitar böhranın həlli istiqamətində göstərilən səyləri dəstəkləmək, gələcək nəsillər üçün daha təhlükəsiz dünya yaratmaq çağırışlarını hədəflədiyi müzakirə olunub. 

Qeyd edək ki, sözügedən layihə çərçivəsində 14-18 oktabr tarixlərində BMT-nin Cenevrə ofisində “Cenevrə Sülh Həftəsi”-də Paralel Sessiyanın keçirilməsi nəzərdə tutulub. Tədbir zamanı Azərbaycanın qarşılaşdığı mina problemi və mina qurbanları haqqında məlumat veriləcək və beynəlxalq səviyyədə DİM 18 təşəbbüsünün dəstəklənməsinə çağırış ediləcək.