R

"Əl-Cəzirə" nümayəndə heyəti Şuşada ikinci Qlobal Media Forumu çərçivəsində Hikmət Hacıyevlə görüşdü.

Məlumatına görə bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev "Facebook" platforması üzərindən bildirib.

“2-ci Şuşa Qlobal Media Forum”-da Azərbaycan Respublikasının Prezidentinin Köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BAMF-ın vasitəçiliyi ilə ölkəmizə səfər edən Əl Cəzirə Media Şəbəkəsinin 13 nəfərlik nümayəndə heyətini qəbul etdi. Mostefa Souaqın rəhbərliyi ilə baş tutan və bizim də yaxından iştirak etdiyimiz görüşdə forumun vacibliyi və əlaqələrin inkişafı istiqamətlərində maraqlı və faydalı müzakirələrimiz oldu. Hikmət Hacıyev göstərdikləri diqqətə görə Əl Cəzirə rəhbərləyinə öz təşəkkürünü bildirərək qarşılıqlı əlaqələrin daha da genişləndirilməli olduğunu qeyd etdi. Sonda Hikmət Hacıyevə Əl Cəzirənin xatirə hədiyyələri və 25 illik yubiley kitabı təqdim olundu", - paylaşımda qeyd edilib.