R

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında Beynəlxalq Avrasiya Mətbuat Fondunun  prezidenti, ictimai xadim, “Əməkdar Mədəniyyət işçisi” Umud Mirzəyevlə universitet tələbələrinin  görüşü keçirilib. 

Azərbaycan  Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə əvvəlcə Umud Mirzəyevin  rəhbərlik etdiyi təşkilatın - BAMF-ın 32 illik fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Ardınca, fondun prezidenti Umud Mirzəyev karyerasının ilk günlərindən indiyədək əldə olunan uğurlardan, qazanılan nailiyyətlərdən və qarşıya çıxan çətinliklərdən danışıb. U.Mirzəyevdən sonra söz alan UNEC-in Əlavə təhsil şöbəsinin müdiri, İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli bu cür görüşlərin və təşəbbüslərin əhəmiyyətini qeyd edib. Daha sonra tədbirin xüsusi qonağı, Albaniya Respublikasının Azərbaycandakı sabiq səfiri Gənci Mucay çıxışında tələbələrlə  fikirlərini bölüşüb. Umud Mirzəyevin çoxillik dostu olduğunu da qeyd edən  G. Mucay tələbələrə müraciətində Azərbaycanın gələcəyinin çox parlaq olduğunu vurğulayıb. Tədbirin sonunda Umud Mirzəyev tədbir iştirakçıları ilə   xatirə şəkli çəkdirib.