R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev  Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda yerləşən ofisinin Layihə koordinatoru Meltem Ersanı BAMF-ın ofisində qəbul edib.

Turkustan.info “Eurasia Diary”-a istinadən xəbər verir ki, görüşdə BAMF və BMT arasında əməkdaşlığın inkişafının müxtəlif yolları müzakirə edilib.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu miqrant, qaçqın və məcburi köçkünlərlə iş üzrə geniş təcrübəyə malikdir.

BAMF və Beynəlxalq Miqrasiya Təşkilatı  arasında uzun illərdir çox yaxşı əlaqələr mövcuddur.

BAMF eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatını öz layihələrinə cəlb edən və bu təşkilatın iştirakını maliyyələşdirən ilk Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisidir.

Bu dəfə tərəflər tərəfdaşlığın yaradılması üçün müxtəlif  yeni yolların və dialoqun müxtəlif kontekstlərdə tətbiqinin ən yaxşı üsulunu  tapmağı müzakirə ediblər.

Görüş təcrübə mübadiləsinə geniş  imkan vermiş olub.