R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisi və QHT Şurası tərəfindən dəstəklənən "Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə QHT Şurasının ofisində "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (BMT ECOSOC) ilə Əməkdaşlıq İmkanları və Perspektivləri" adlı tədbir keçirilib.

Tədbir yerli QHT-lərin BMT qurumları ilə əlaqələrinin möhkəmləndirilməsi imkanları, EKOSOC-a üzvlük, BAMF-in dəstəyi ilə DİM-nin dəstəklənməsi və təşviqi imkanları müzakirə olunub.

Tədbirdə Azərbaycandan olan müxtəlif QHT-lərin 20-dən çox nümayəndəsi, Xarici İşlər Nazirliyinin nümayəndəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyi iştirak ediblər.

Tədbirin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov açmışdır. Onun sözlərinə görə, QHT Şurası BMT qurumları ilə əməkdaşlıq etmək və BMT EKOSOCa üzvlük statusunu əldə etmək təşəbbüslərində QHT-lərə dəstək verməyə həmişə hazırdır.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai çıxışında bu cür mühüm tədbiri təşkil etdiyinə və 2007-ci ildən bəri BMT-nin EKOSOC-un üzvü kimi təcrübəsini bölüşdünə görə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) təşəkkür etdi.

"1946-ci ildən bəri BMT müxtəlif mexanizm və proseslərdə dünyada sabit inkişaf və yaxşı idarəetməni təşviq etmək üçün vətəndaş cəmiyyətilə birgə işləyib. BMT ECOSOC BMT-nin vətəndaş cəmiyyəti təşkilatları ilə qarşılıqlı əlaqələrini təmin etmək üçün bir mexanizmdir. İndi bizim ECOSOC-da qeydiyyatdan keçmiş 5000-dən çox QHT-lərimiz var. 1992-ci ildə isə onların sayı 700 dən çox idi. Beləliklə, son illərdə ECOSOC-da qeydiyyatdan keçmiş QHT-lərin sayının artdığını görə bilərik", o dedi.

Qulam İsakzai QHT-lər üçün BMT ECOSOC-un üzvü olmağın BMT-nin binalarına giriş və onun fəaliyyətinə qoşulma, QHT-lərin yazılı və ya şifahi formada çoxsaylı BMT sessiyalarında və sosial məsələlər üzrə məsləhətləşmələrdə iştirak etmək, iqlim məsələləri, DİM və s. bir sıra paralel tədbirləri təşkil etmək kimi bəzi üstünlüklərini vurğulayıb.

BAMF-in prezidenti Umud Mirzəyev tədbirdə iştirak etdiyi üçün Qulam İsakzaiyə təşəkkür etdi. O, həmçinin, tədbirin keçirilməsi üçün yer ayırdığına görə QHT Şurasına minnətdarlığını bildirdi.

Umud Mirzəyev çıxışında BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş EKOSOC sisteminə necə üzv olmağa dair başlıca prinsipləri diqqətə çatdırdı.

"EKOSOC-a üzvlük, vətəndaş cəmiyyətinin bütün dünyadakı BMT qurumlarına inteqrasiya etməsi üçün bütün qapıları açır. Bu QHT-lərin müxtəlif tərəfdaşlarla əməkdaşlığını genişləndirmək və BMT DİM-nin həyata keçirilməsi üçün birgə çalışmaqda yeni imkanlar yaradır. 2007-ci ildə BAMF 2013-cü ilin sonunda ən yüksək ümumi məsləhətləşmə statusu ilə yenidən təsnif edilən BMT EKOSOC yanında Əsas Məşvərətçi statusunu alıb".

Umud Mirzəyevin sözlərinə görə, bu gün dünyada yalnız yalnız 134 QHT BMT EKOSOC yanında əsas məşvərətçi statusuna malikdir, lakin siyahıda Azərbaycan QHT-lərinin sayı artırıla bilər. "2019-cu ildə ECOSOC yanında məşvərətçi statusu almaq üçün QHT Komitəsi tərəfindən nəzərdən keçirilməsini istəyən QHT-lər üçün may ayı son tarixdir. Maraqlananlar 1 iyun 2018-ci il tarixindən gec olmayaraq müraciətlərini təsdiq etməli və tələb olunan sənədləri təqdim etməlidirlər. BAMF müraciət  etmək istəyən digər QHT-lərlə öz təcrübəsini bölüşməyə hazırdır", deyə o fikrini tamamladı.

BAMF-ın sədrinin köməkçisi Anastasia Lavrina BAMF-in nümunəsində Azərbaycanda yerli QHT-lər üçün BMT EKOSOC ilə əməkdaşlığın faydaları haqqında təqdimatla çıxış etdi.

"2007-ci ildən BAMF BMT-nin Nyu-York, Cenevrə və Vyana şəhərlərindəki qərargahında bir sıra paralel tədbirlər keçirmişdir. Bu tədbirlər uşaqlar və hərbi münaqişələr, gender məsələləri, DİM-nin təşviqi və s. kimi ən aktual məsələlərə toxunur. Hər il BAMF təşkilatı təmsil etmək və Azərbaycanın vətəndaş cəmiyyətinin səsinin daha geniş şəkildə eşidilməsi üçün hər bir qərargaha 4 nümayəndə təyin edir", deyə  Anastasia Lavrina bildirib.

Tədbir zamanı BMT İqtisadi və Sosial Məsələlər Departamentinin QHT bölməsinin rəhbəri Mark-Andre Dorelin BMT EKOSOC-la effektiv əməkdaşlıq və üzvlükdən bəhs etdiyi və BAMF-ın Azərbaycan dilinə tərcümə etdiyi video müxtəlif QHT nümayəndələrinə təqdim edildi.

Tədbir panel müzakirələrilə davam etdi.

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), BMTİP, BMT QAK, UNİCEF, UNEP və s. kimi müxtəlif BMT qurumları ilə əməkdaşlıq sahəsində uzunmüddətli və geniş təcrübəyə malikdir. Hazırda BAMF BMT EKOSOC yanında Əsas məşvərətçi statusuna malik Azərbaycanda yeganə QHT-dir.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 

<div "="" style="background: rgb(249, 249, 249); padding: 10px 20px 18px; font-family: &quot;Noto Sans&quot;, sans-serif, Arial, sans-serif; margin-bottom: 20px;">

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.