R

Ötən gün İranın müxtəlif media qurumlarını təmsil edən 15 nəfərlik jurnalist qrupu Rusiyalı jurnalist, analitika “Yuqa Rossiya” media portalının əməkdaşı Yevgeniy Mixayılovla birlikdə Azərbaycana səfərləri çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunda Mətbuat Şurasının rəhbəri , millət vəkili Əflatun Amaşov və BAMF-ın prezidenti Umud Mirzəyevlə görüşüblər.

Umud Mirzəyev qonaqları salamlayaraq Azərbaycan, İran və Rusiya arasında siyasi, iqtisadi və mədəni münasibətlərin hər gün daha da inkişaf etdirilməsi üçün medianın əhəmiyyətinə toxunub.

Millət vəkili, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov görüş zamanı İrana səfərini xatırladaraq iki ölkənin media qurumları arasında bu cür görüşlərin, tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyinə diqqət çəkib. O həmçinin çıxışı zamanı təkcə İran və Azərbaycan arasında deyil, ümumilikdə Xəzər dənizi ölkələrini təmsil edən jurnalistlər birliyinin yaradılmasının zəruriliyindən danışıb.

Bundan əlavə, Əflatun Amaşov bildirib ki, Astara-Rəşt dəmir yol xəttinin istifadəyə verilməsi iki ölkə arasında yalnız iqtisadi münasibətlərə deyil, eyni zamanda mədəni əlaqələrin intensiv şəkildə inkişafına da təsir edəcək.

İrandan olan jurnalistlər qrupunun rəhbəri, Sari-Ershad jurnalının baş redaktoru Hüseyn Şabani tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək MŞ sədri Əflatun Amaşova və BAMF-ın prezidenti Umud Mirzəyevə rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib.

Tədbir zamanı BAMF tərəfindən təşkil edilən İranlı velosipedçi-səyyahın Azərbaycana səfərini əks etdirən qısa video süjet media nümayəndələrinə nümayiş etdirilib.

Görüşün sonunda MŞ sədri Əflatun Amaşov və BAMF-ın prezidenti Umud Mirzəyev İranın KİV təmsilçilərini maraqlandıran suallara cavab veriblər.

Qeyd edək ki, İranlı jurnalistlərin Azərbaycana səfərində məqsəd Azərbaycanın turizm potensialı, tarixi yerləri, mədəniyyəti, musiqisi və milli təamları barədə İranlı oxucuları məlumatlandırmaq və iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir.

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1