“Səngər adamları” kitabında adları qeyd olunan media mənsubları illərdir Qarabağ bölgəsinə ezam olunmuş həmkarlarımızdır. Eyni zamanda, kitabda 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistləri anılıb. Hər iki savaşda və 30 illik işğal dönəmində sözün hər mənasında qələmini silah edib, canını fəda etməyə hazır bir çox jurnalistlərimiz olub. Mirşahin Ağayev, Kamil Eldaroğlu, Mahir Məmmədli, İlqar Mikayıloğlu, Vüsal Qaraca, Anar Şuşalı, Ayşəm Rüstəmova, İbrahim Həşimov, Elmin Bayramlı, Ramal Abdullayev, İslam Əşrəfov, İsmayıl Əmirov, Əhməd Məmmədov, Heydər Mirzə və başqa onlarla həmkarımız səngər adamları olmağı şərəf biliblər.
Kitabın ideya müəllifi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, redaktorları Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.